» » » Nitsa terroruna görə İŞİD məsuliyyəti öz üzərinə götürdü

Nitsa terroruna görə İŞİD məsuliyyəti öz üzərinə götürdü

Nitsa terroruna görə İŞİD məsuliyyəti öz üzərinə götürdü

Fransanın Nitsa şəhərin baş vermiş terrora görə İŞİD məsuliyyəti öz üzərinə götürüb. ucarliyiq.biz-in məlumatına görə, bu barədə "Əl-Cəzirə" terrorçuların rəsmi səhifəsinə istinadən xəbər verir.
Nitsa terroruna görə İŞİD məsuliyyəti öz üzərinə götürdü


Fransanın Nitsa şəhərində iyulun 14-də gecə baş vermiş terror aktında ölənlərin sayı 84 nəfərə çatıb. Hadisə nəticəsində yaralı sayı isə 120 nəfərdir. Onlarla insanın ölümünə səbəb olmuş bu hadisənin əvvəlcədən planlaşdırıldığı məlum olub. 

Bastiliyanın alınmasının ildönümünə həsr olunan  tədbirdə yük maşını insanların üstünə sürülüb. Daha sonra bayram tədbirinə toplaşanlara atəş açılıb. 
Nitsa terroruna görə İŞİD məsuliyyəti öz üzərinə götürdü


Yerli mətbuatda yer alan məlumata görə, Nitsa şəhərində 84 nəfərin ölümünə səbəb olan şəxs Məhəmməd Lahouaiej Bulel adlı 31 yaşlı kişidir. Yük maşınını insanların üzərinə sürən, sonra isə onları atəşə tutan terrorçu təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib. 

Bundan öncə onun 1985-ci ildə doğulduğu və Tunis əsilli olduğu bildirilirdi. İddiaya görə, adıçəkilən şəxsin şiddətə meyillilik və silah saxlamaq ittihamları ilə bağlı polisdə qeydiyyatı var. Fransız polisi daha öncə qətliamı "yanlız qurd"un (yəni radikallaşan, İŞİD terrorçularının "buraya gəlməyin, olduğunuz yerdə terror törədin" çağırışına əməl edən şəxs) törətdiyini qeyd etmişdi.