» » » Türklər Fətullah Gülənin evi qarşısında etiraz aksiyası keçirəcək

Türklər Fətullah Gülənin evi qarşısında etiraz aksiyası keçirəcək

Türklər Fətullah Gülənin evi qarşısında etiraz aksiyası keçirəcək

Fətullah Gülənin ABŞ-da Pensilvaniya ştatında yerləşən evinin qarşısında aksiya keçiriləcək. ucarliyiq.biz-in məlumatına görə, ABŞ-da yaşayan türklər bunu Fətullahçı Terror Təşkilatının (FETÖ) dövlət çevrilişə cəhdinə etiraz olaraq edirlər. 

FETÖ-nun dövlət çevrilişinə cəhdə etiraz məqsədilə ABŞ-in digər ərazilərində - Vaşinqton və Nyu-Yorkda da müsəlman qruplar türk etirazçılarına dəstək veriblər. 

Pensilvaniya ştatının Saylorsburq bölgəsində dəstəbaşı Gülənin evinin qarşısında aksiyanın günorta saatlarında olacağı gözlənilir. 
Çevriliş cəhdinə digər etiraz aksiyalarının Vaşinqtonda Ağ Ev qarşısında və Nyu-Yorkda "Times" Meydanında da keçirildiyi deyilir. ABŞ-da yaşayan türklərlə yanaşı, müxtəlif millətlərə mənsub olan çox sayda insan da çevriliş cəhdinə qarşı türk millətinə və hökumətinə dəstək üçün aksiyalara qoşulmuşdu.

Türkiyədə gecə saatlarından başlayaraq ordunun hakimiyyəti ələ keçirdiyi barədə məlumatlar yayılıb. Amma Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bunun sadəcə dövlət çevrilişinə cəhd olduğunu deyir. Ərdoğan hazırda da ölkənin rəhbəri olduğunu bildirib.

Türkiyə rəsmiləri dövlət çevrilişinə cəhdin qarşısının alındığını bildirirlər. İndiyədək rəsmi məlumata görə, 2839 nəfər həbs olunub.

Türkiyədə ümumilikdə 265 nəfər həyatını itirib (161 şəhid, 104 qiyamçı), 1154 nəfər isə yaralanıb.