» » » Nitsada terror zamanı bir qadın uşaq dünyaya gətirdi

Nitsada terror zamanı bir qadın uşaq dünyaya gətirdi

Nitsada terror zamanı bir qadın uşaq dünyaya gətirdi

Fransanın Nitsa şəhərində terror aktı zamanı bir qadın uşaq dünyaya gətirib. ucarliyiq.biz-in məlumatına görə, Angel sahilində atəşfəşanlığa baxmağa gələn qadın terror aktı zamanı uşağı yaxınlıqdakı restoranlardan birində dünyaya gətirib. 

Məlumata görə, qadın hamiləliyinin 9-cu ayında olub. Onun ətrafda baş verən hadisədən sarsıntı keçirdiyi və nəticədə sancısının tutduğu deyilir. Buna görə qadın sahildə yerləşən restoranlardan birində gizilənə və uşağını heç bir problem olmadan dünyaya gətirə bilib. 

Restoranın əməkdaşları qadının vəziyyətinin ağır olduğu görüb, onu mətbəxə aparıblar və yaxınlıqda tibbi müəssisədən həkim çağırıblar. Həkimin köməkliyi ilə dünyaya gələn uşağı və ananı daha sonra xilasedicilər restorandan aparıblar. 

Fransanın Nitsa şəhərində iyulun 14-də gecə baş vermiş terror aktında ölənlərin sayı 84 nəfərə çatıb. Hadisə nəticəsində yaralı sayı isə 120 nəfərdir. Onlarla insanın ölümünə səbəb olmuş bu hadisənin əvvəlcədən planlaşdırıldığı məlum olub. 
Nitsada terror zamanı bir qadın uşaq dünyaya gətirdi


Bastiliyanın alınmasının ildönümünə həsr olunan  tədbirdə yük maşını insanların üstünə sürülüb. Daha sonra bayram tədbirinə toplaşanlara atəş açılıb. 

Yerli mətbuatda yer alan məlumata görə, Nitsa şəhərində 84 nəfərin ölümünə səbəb olan şəxs Məhəmməd Lahouaiej Bulel adlı 31 yaşlı kişidir. Yük maşınını insanların üzərinə sürən, sonra isə onları atəşə tutan terrorçu təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib. 

Bundan öncə onun 1985-ci ildə doğulduğu və Tunis əsilli olduğu bildirilirdi. İddiaya görə, adıçəkilən şəxsin şiddətə meyillilik və silah saxlamaq ittihamları ilə bağlı polisdə qeydiyyatı var. Fransız polisi daha öncə qətliamı "yanlız qurd"un (yəni radikallaşan, İŞİD terrorçularının "buraya gəlməyin, olduğunuz yerdə terror törədin" çağırışına əməl edən şəxs) törətdiyini qeyd etmişdi.