» » » Qazaxıstanda atışma, şəhər sakinlərinə xəbərdarlıq edildi

Qazaxıstanda atışma, şəhər sakinlərinə xəbərdarlıq edildi

Qazaxıstanda atışma, şəhər sakinlərinə xəbərdarlıq edildi

Qazaxıstanın Alma-ata şəhərində polis və naməlum şəxslər arasında atışma olub. ucarliyiq.biz-in məlumatına görə,  şahidlər iddia edir ki, atışmanın iştirakçılarından biri avtomobilin içində qan içində, digər ikisi isə yolun ortasında uzanıblar. Hadisə şəhərin Almalı rayonunda qeydə alınıb.

Atışma zamanı kimin yaralandığı açıqlanmır. 

Polis vətəndaşlara evlərini tərk etməməyi və hadisə rayonuna gəlməməyi  tövsiyyə edir. "Biur neçə saat gözləmək lazımdır - burada əməliyyatlar aparılır" - hüquq mühafizə orqanlarından bildirilib.

Hazırda Qazaxıstanın rəsmi qurumları bu məlumatı şərh etmirlər.