» » » "Fənərbaxça" çempion olub?" sualına görə öldürüldü

"Fənərbaxça" çempion olub?" sualına görə öldürüldü

"Fənərbaxça" çempion olub?" sualına görə öldürüldü

Türkiyədə baş verən son hadisələr zamanı qeyri-adi ölüm hadisəsi qeydə alınıb. ucarliyiq.biz-in məlumatına görə, Ramazan Okçuoğlu küçədə kütləni görərkən "Fənərbaxça" çempion olub?" deməsi, onun bıçaqlanması ilə nəticələnib.

Okçuoğlunun bu sözündən əsəbləşən Mətin Ərdoğan adlı bir şəxs ona bir neçə bıçaq zərbəsi yetirib. Ürək nahiyəsindən bıçaqlanan 22 yaşlı Ramazanın həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerindən qaçan Mətin Ərdoğan bir müddət sonra polis tərəfindən saxlanıb. 29 yaşlı Mətin həbs edilərək cəza evinə aparılıb. 
"Fənərbaxça" çempion olub?" sualına görə öldürüldü

"Fənərbaxça" çempion olub?" sualına görə öldürüldü


İyulun 15-də axşam saat 22:00 radələrində Türkiyə Silahlı Qüvvələrinin bir qrup hərbçisi ölkədə dövlət çevrilişinə cəhd edib. Hadisələr əsasən İstanbul və paytaxt Ankarada cərəyan edib. Hərbçilər əvvəlcə İstanbulun iki böyük magistral “Boğaziçi” və “Fatih Sultan Mehmet” körpülərində avtomobillərin hərəkətini dayandırıblar. Ağır zirehli texnika ilə körpünün giriş-çıxışları bağlanıb.

Gecə saatlarında Ərdoğan CNNTürk telekanalında canlı yayımda skayp vasitəsilə bağlantı yaradaraq xalqa çağırış edib. Ərdoğan prezident və ali baş komandan olaraq xalqı dövlət çevrilişinin qarşısını almaq üçün meydanlara və hava limanlarına axın etməyə çağırıb.
Prezidentin bu çağırışından sonra xalq meydanlara çıxıb və hərbçilərlə toqquşmalar olub. Nəticədə 265 nəfər həyatını itirib. Öldürülən insanların 161 nəfəri mülki şəxsdir, 104 nəfər isə çevrilişə cəhddə iştirak edənlərdir. Xalqın iradəsi nəticəsində dövlət çevrilişinin qarşısı alınıb.Bundan sonra Türkiyə Silahlı Qüvvələrinə kütləvi həbslər başlayıb. Onlarla general və zabit, 2745 hakim və prokuror saxlanılıb. Dövlət çevrilişinə cəhd edənlərin həbs edilməsi üçün Türkiyə polisi tərəfindən əməliyyatlar davam edir.