» » » Əkin sahəsində işləyən kişi faciəli şəkildə öldü

Əkin sahəsində işləyən kişi faciəli şəkildə öldü

Əkin sahəsində işləyən kişi faciəli şəkildə öldü

Samux rayonunda 32 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb. Rayonun Polis İdarəsindən ucarliyiq.biz-ə verilən məlumata görə, hadisə Ziyadlı kəndində qeydə alınıb. Kənd sakini 1984-cü il təvəllüdlü Fuad Əsgərov əkin sahəsində işləyərkən ərazidən keçən elektrik xəttinə toxunub. Hadisə zamanı onu cərəyan vurub və F. Əsgərov hadisə yerində ölüb.

Faktla bağlı Samux Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. 

Daha bir cərəyanvurma hadisəsi Qəbələ rayonunun Nic qəsəbəsində baş verib. Qəsəbə sakini Eldar İslamov ot biçərkən elektik cərəyanı vurması nəticəsində ölüb.

Yüksək gərginlikli elektrik xəttinə toxunmuş Salyan rayon sakini isə xəstəxanaya yerləşdirilib. Ötən gün Salyan rayonunun Qardili kəndinin otlaq sahəsində rayon sakini Səyyad Ağayev həmyerlisi Eyyub Şikarovun idarə etdiyi “MTZ-80” markalı traktora ot bağlamaları yükləyərkən 10 min kvt-luq elektrik kabelinə toxunub.

Bu zaman yanğın baş verib. Nəticədə ot bağlamaları və traktorun yanar konstruksiyaları yanıb və yanıq xəsarəti almış S.Ağayev xəstəxanaya yerləşdirilib.