» » » Azərbaycandakı eks türk səfiri çevrilişdə güllələndi

Azərbaycandakı eks türk səfiri çevrilişdə güllələndi

Azərbaycandakı eks türk səfiri çevrilişdə güllələndi

Türkiyənin Azərbaycandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri 15 iyulda hərbi çevrilişə cəhd zamanı yaralanıb. ucarliyiq.biz-in məlumatına görə, keşmiş səfir Hüseyn Avni Karslıoğlu ayağından güllə yarası alıb.

Berlində də səfir kimi xidmət göstərən Karslıoğlu Ankarada helikopterdən açılan atəş nəticəsində yaralanıb. O, xəstəxanaya çatdırılıb. Müalicədən sonra isə artıq evə buraxılıb. Yarasına baxmayaraq o gəzə bilir.

Almaniya Bundestaqı iyunun 2-də 1915-ci il hadisələri - qondarma erməni soyqırımı ilə bağlı layihəni qəbul etdikdən sonra Türkiyənin səfiri kimi çalışan Karslıoğlu müzakirələr aparılması üçün Ankaraya çağırılmışdı. 

Daha sonra onun Ankarada çalışacağı açıqlanmışdı. 
Azərbaycandakı eks türk səfiri çevrilişdə güllələndi