» » » Azərbaycanda iki uşaq qayadan yıxıldı, biri öldü

Azərbaycanda iki uşaq qayadan yıxıldı, biri öldü

Azərbaycanda iki uşaq qayadan yıxıldı, biri öldü

Zaqatalada bədbəxt hadisə nəticəsində iki azyaşlıdan biri ölüb, digəri isə yaralanıb. ANS TV-nin məlumatına görə, hadisə rayonun Yuxarı Çardaxlar kəndinin yuxarı hissəsində - dağlıq ərazidə qeydə alınıb. 6 yaşlı Mələk Yəhyayeva və 5 yaşlı Rəcəb Qurbanov ehtiyatsızlıqdan 6-7 metr dərinlikdəki dərəyə yıxılıblar. 

Uşaqlar kənd sakinlərinin köməyi ilə çıxarılıblar. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan azyaşlılar rayonun mərkəzi xəstəxanasına aparılarkən Rəcəb Qurbanov aldığı ağır bədən xəsarətlərindən keçinib.

Reanimasiya şöbəsinə yerləşdirilən Mələk Yəhyayevaya isə ağır kəllə-beyin travması qoyulub, vəziyyəti ağır qiymətləndirilir.
Son dövrlər azyaşlı ölümlərində artım hiss edilir. Bədbəxt hadisə nəticəsində uşaq ölümü ilə bağlı sonuncu fakt Xaçmazda baş verib. Rayonun İlxıçı Mәmmәdxanlı kәndindә 2011 -ci il tәvәllüdlü Kәrimov Mirzәbәy Taleh oğlu həyətlərindəki su quyusuna düşәrәk boğulub. 

Xaçmaz polis şöbəsindən bildirildi ki, hadisə zamanı uşaq evdə tək olub. Anası sahədə olub.

Hadisənin baş vermə səbəbləri araşdırılır.