» » » Bir gündə 7 nəfər ölüm

Bir gündə 7 nəfər ölüm

Bir gündə 7 nəfər ölüm

Ötən gün 7 nəfər dənizdə boğulub.

Məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb. Belə ki, iyulun 20-də Bakı şəhər sakinləri Tutu Əliyeva, Rafiq Bayramov, Orxan Əliyev, Dəvəçi rayon sakini Cəmilə Əyyubova Xəzər rayonunun Şüvəlan qəsəbəsinin dəniz çimərliyində, Vəli Abbasov və Rəvan Hüseynov Mərdəkan qəsəbəsinin dəniz çimərliyində, Bakı şəhər sakini Rəsul Musayev Görədil dəniz çimərliyində çimərkən boğulublar.

Meyitlər sudan çıxarılıb, onlardan O.Əliyevin meyitinin tapılması istiqamətində tədbirlər görülür.