» » » Qafqaz Universitetinin keçmiş rektorundan KÖVRƏK MESAJ

Qafqaz Universitetinin keçmiş rektorundan KÖVRƏK MESAJ

Qafqaz Universitetinin keçmiş rektorundan KÖVRƏK MESAJ

Qafqaz Universitetinin keçmiş rektoru maraqlı və o cümlədən kövrək məktub yazıb.

Bir neçə gün əvvəl bağlandığı xəbəri yayılan daha sonra Ali Neft Məktəbinin idarəçiliyinə verilən Qafqaz Universitetinin keçmiş rektoru Ahmed Sanic sosial şəbəkədəki səhifəsində tələbələri və universitet heyəti ilə sağollaşıb.

Ucarliyiq.biz milli.az-a istinadən xəbər verir ki, o, öz sevgisini bu cür dilə gətirib:

"Hörmətli dostlar, əzizi tələbələr. Sizi nə qədər sevidiyimi anlatmağa çətinlik çəkirəm.

Azərbaycanı, Türkiyəni nə qədər sevidiyimi anlatmağa çətinlik çəkirəm.

Çünki qəlbi dolduran, amma bulaq kimi çağlayan, coşan sevigini anlatmağa kəlmələr acizdir.

Gözəlliklə süslənmiş yazılarınıza layiq olmaq istərdim. Çalışdım ki, sizin qəlbinizin dayağındakı gözəlliyə layiq olam.

Sizin kimi gözəl insanların içində gözəlliyə qovuşum. Sizlərdən biri olduğuma görə, xoşbəxtliyə qovuşdum.

Təşəkkürlər!"