» » » Sosial şəbəkədə fenomen idi, qardaşı öldürdü... - Fotosessiya

Sosial şəbəkədə fenomen idi, qardaşı öldürdü... - Fotosessiya

Pakistanın sosial şəbəkə fenomeni Qandeel Baloch qardaşı tərəfindən boğularaq öldürülüb.

Ucarliyiq.biz qafqazinfo-ya istinadən xəbər verir ki, hər zaman paylaşdığı fotoları ilə pakistanlı mühafizəkarlara meydan oxuyan Baloch tez-tez ölümlə hədələnirdi. Qardaşının boğaraq öldürdüyü qadının meyitini ilk görən atası olub.

Sosial şəbəkə fenomeni, həm də modellik fəaliyyəti ilə məşğul olub. Feysbukda 800, tvitterdə isə 47 minə yaxın izləyicisi olan Baloch son paylaşımında insanları köhnə düşüncələrdən azad olmağa səsləyib:

"Mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Dünya dəyişir, bizim üçün də dəyişiklik gətirməyin vaxtı çatıb".

Qeyd edək ki, ölkəsinin Kim Kardaşyanı kimi tanınan 26 yaşlı Balochun ölümü namus cinayəti mövzusunu gündəmə gətirib. Pakistanda hər il 500-dən çox qadın ailəsi tərəfindən öldürülərək namus cinayətinə qurban gedir.