» » » Dəhşətli OLAY! Avtomobildə unudulan uşağın ürəyi partladı

Dəhşətli OLAY! Avtomobildə unudulan uşağın ürəyi partladı

Dəhşətli OLAY! Avtomobildə unudulan uşağın ürəyi partladı

İstanbul şəhərində çox acı bir hadisə baş verib.

Ucarliyiq.biz milli.az-a istinadən bildirir ki, İstanbulun Fatih universitetində dosent işləyən S.İ səhər saatlarında 4 yaşlı oğlu Əlini bağçaya qoymaq üçün yanına alaraq avtomobillə yola çıxıb.

Bu zaman oğlunu uşaq bağçasına qoymağı unudaraq birbaşa işlədiyi universitetə gedən S.İ maşınını universitetin avtomobil dayanacağına park edərək məktəbə girib. Məktəbdəki işlərini həll edən ana daha sonra oğlu Əlini bağçadan götürmək üçün məktəbin yanında yerləşən uşaq bağçasına gedib. Oğlunun uşaq bağçasında da olmadığını öyrənən ana tez dayanacağa, maşınının yanına qaçıb və oğlu Əlinin cansız bədəni ilə qarşılaşıb.

Ana S.İ şoka girərək sinir krizi keçirib. Vəziyyəti görən məktəb tələbələri təcili yardım çağıraraq dərdli anaya müdaxilə ediblər. Sonra isə ətrafdakıların bildirişi əsasında hadisə yerinə polis və təcili yardım briqadaları sövq edilib. Araşdırmanın ardından balaca Əlinin 10 saat əvvəl həyatını itirdiyi müəyyən olunub. Hadisə ilə bağlı istintaq davam edir.