» » » Şəhid xəbərləri verən qadının özünün "qara məktub"u gəldi - FOTO

Şəhid xəbərləri verən qadının özünün "qara məktub"u gəldi - FOTO

Şəhid xəbərləri verən qadının özünün "qara məktub"u gəldi - FOTO

Türkiyədə 15 iyul tarixində baş verən çevriliş cəhdində şəhid olanlardan biri də Demet Sezendir.

Ucarliyiq.biz milli.az-a istinadən xəbər verir ki, o, İnsan Resursları şöbəsi Sosial Xidmətlər Bürosunda işləyib. Onun vəzifəsi şəhid ailələrinə qara xəbəri verməkdən ibarət idi. Lakin onun özü də şəhid oldu.

Rəfiqələri onun barəsində deyirdilər "Şəhid xəbəri alanda ağlayırdı. Şəhid övladları ilə yaxından maraqlanıb, onları ziyarət edib hədiyyələr alırdı. Bu işi sevə-sevə edirdi. Bizə "özümü şəhid yoldaşının yerinə qoyuram, həmin ağrını mən də hiss edirəm" deyirdi. Ürəkparçalayan təsadüf oldu. Özünün şəhid xəbəri gəldi".