» » » Ermənilər Qarqar çayı ilə top mərmisi axıdır - FOTO

Ermənilər Qarqar çayı ilə top mərmisi axıdır - FOTO

Ermənilər Qarqar çayı ilə top mərmisi axıdır - FOTO

Bu gün saat 08:22-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinə və saat 08:12-də  “102” Xidməti-Zəng mərkəzi sisteminə Ağcabədi rayonu Qiyaməddinli kəndi ərazisindən keçən Qar-Qar çayının içərisində partlamamış mərminin aşkar olunması barədə məlumatlar daxil olub.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Ucarliyiq.biz - ə verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. 

ANAMA mütəxəssisləri tərəfindən həmin əraziyə baxış keçirilib, aparılan əməliyyat tədbirləri nəticəsində aşkar olunmuş 1 ədəd partlamış top mərmisinin ballistik qapağı götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.  Sursatın ətrafında 3 000 kv.m əraziyə yerüstü baxış keçirilib, təhlükəli əşya və qurğu aşkar edilməyib.

Ermənilər Qarqar çayı ilə top mərmisi axıdır - FOTO

Ermənilər Qarqar çayı ilə top mərmisi axıdır - FOTO

Ermənilər Qarqar çayı ilə top mərmisi axıdır - FOTO