» » » Göldə balıq tutan 3 yeniyetmə batıb - Şamaxıda faciə

Göldə balıq tutan 3 yeniyetmə batıb - Şamaxıda faciə

Göldə balıq tutan 3 yeniyetmə batıb - Şamaxıda faciə

amaxı rayonunda 3 yeniyetmə oğlan göldə çimərkən boğulub. Hadisə bu gün saat 18:00 radələrində Şamaxı şəhərinin yaxınlığındakı Şirvangöldə qeydə alınıb.

Ehtiyatsızlıqdan boğularaq həyatlarını itirən 13-16 yaşlı yeniyetmələrin adları Bəkirov Məhəbbət Məhəmməd oğlu, Axundov Qadir Rasim oğlu və Səfərov Rövşən Siyavuş oğludur. Onların meyiti 19:30 radələrində Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupunun əməkdaşları tərəfindən sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Onların Şamaxı rayonu, Şəhriyar qəsəbə sakinləri olduğu bildirilir. Hadisənin ilkin təfərrüatları məlum olub.

Şahidlərin sözlərinə görə, balıq tutarkən yeniyetmələrdən birinin ayağı sürüşərək suya yıxılıb. Yoldaşları onu xilas etməyə cəhd edib və üzməyi bacarmadıqları səbəbindən suda boğularaq ölüblər.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir Faktla bağlı Şamaxı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.