» » » Tələbə qızlara FAHİŞƏLİK TƏLƏSİ

Tələbə qızlara FAHİŞƏLİK TƏLƏSİ

Tələbə qızlara FAHİŞƏLİK TƏLƏSİ

Adanada maddi vəziyyəti pis olan tələbə qızları fahişəlik tələsinə saldığı irəli sürülən şəxslər haqda cinayət işi açılıb.

Ucarliyiq.biz milli.az-a istinadən bildirir ki, Adana Təhlükəsizlik İdarəsinə Çukurova Universiteti Bədən Tərbiyəsi İdman Peşə Yüksək Məktəbində təhsil alan "Çaça" ləqəbli Ayça Ö. ilə onun kişi tanışı 38 yaşlı Muhittin T.-nin qız tələbələri pul qarşılığında kişilərə təklif etdikləri ortaya çıxıb.

3 ay ərzində tədqiqat aparan istintaqçılar Ayça Ö.-nün, maddi vəziyyəti yaxşı olmayan qız şagirdlərə pul təklif edərək etibarlarını qazandıqdan sonra fahişəliyə sövq etdiyi məlum olub.

İddiaya görə, Ayça Ö. tələyə saldığı müxtəlif fakültələrdə təhsil alan 8 şagirdi sonralar "Ailənizə xəbər verərəm, sizi məktəbdən çıxartdırararm" şantajları ilə fahişəliyə davam etmələrinə nail olub.

İstintaqı yekunlaşdıran polis təşkil etdiyi əməliyyat nəticəsində Ayça Ö., Muhittin T. və onlarla birlikdə qızları fahişəlik etməyə məcbur edən 21 yaşlı Məltəm Ö. və həyat yoldaşı 28 yaşlı Eyyüp Ö.-nü tutub. İttihamı qəbul etməyən şübhəlilər, növbətçi məhkəmə tərəfindən həbs olunub.

Hadisə ilə əlaqədar iddianamə hazırlayan Respublika Prokuroru Ayça Ö.-yə fahişəliyə təşviq, vasitəçilik və iştirakda təmin etmək ilə insan alveri cinayətinə görə 40 ilə qədər, Muhittin T. haqqında eyni cinayətlərdən 16 ilə qədər Eyyüp Ö. ilə həyat yoldaşı Məltəm Ö. haqqında isə fahişəliyə təşviq, vasitəçilik və iştirakda təmin etmək cinayətinə görə Adana 3-cü Ağır Cinayət Məhkəməsində iddia açaraq 4 il həbs tələb edib.

Şübhəliləri qarşıdakı günlərdə hakim qarşısına çıxarılacağı deyilir.