» » » Xoşqədəm Doğuşla mitinqə qoşuldu - FOTO

Xoşqədəm Doğuşla mitinqə qoşuldu - FOTO

Xoşqədəm Doğuşla mitinqə qoşuldu - FOTO

Türkiyədə hərbi qiyam gecəsindən sonra ölkədə 3 aylıq fövqəladə hal elan olunub.

Ucarliyiq.biz-ın axşam.az-a istinadən məlumatına görə, bu müddət ərzində qardaş ölkənin müxtəlif şəhərlərində insanlar gecələr meydana toplaşaraq "Demokratiya növbəsi" tuturlar.

Bu cür xalq mitinqlərindən biri Antalyada baş tutub. Mitinqə adi insanlarla yanaşı, tanınmışlar da qoşulublar.

Onlar arasında müğənni Alişan, Mustafa Ceceli, Nihad Doğan, Murad Dalkılıç, Kutsi, Berkay, Bengü, Yeşim Salkım, aparıcı Ece Erken və başqaları yer alıblar.

Mitinqə qatılanlar arasında müğənni Doğuş və azərbaycanlı həyat yoldaşı, aparıcı Xoşqədəm Hidayətqızı olub.

Türkiyəyə xəyanətkarların hücum etdiyini deyən Doğuş təəssüratlarını bölüşüb:

"Adını çəkməyəcəyəm, amma başqa şərəfsizlər belə bizə bu qədər şərəfsizlik etmədi. Allah "Demokratiya növbəsi" tutan insanlardan razı olsun. Sizlərin köməkliyi ilə uşaqlarımın gələcəyi olacaq".

X.Hidayətqızı isə televiziya hərbi çevrilişə cəhdi öyrəndiyi an göz yaşlarını saxlaya bilmədiyini deyib. O, bir azərbaycanlı olaraq hər zaman Türkiyənin yanında olacaqlarını söyləyib.

Xoşqədəm Doğuşla mitinqə qoşuldu - FOTO
Xoşqədəm Doğuşla mitinqə qoşuldu - FOTO
Xoşqədəm Doğuşla mitinqə qoşuldu - FOTO
Xoşqədəm Doğuşla mitinqə qoşuldu - FOTO