» » » Sürücü 12 yaşlı oğlanı vurub qaçdı - BAKIDA

Sürücü 12 yaşlı oğlanı vurub qaçdı - BAKIDA

Sürücü 12 yaşlı oğlanı vurub qaçdı - BAKIDA

Bakıda avtomobil piyadanı vurub.

Hadisə paytaxtın Məhəmməd Hadi küçəsində baş verib. Naməlum avtomobil Bakı şəhər sakini 2004-cü il təvəllüdlü Hüseyn Rzazadəni vurub.

H.Rzazadə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər 12 yaşlı oğlanın həyati təhlükəsi olmadığını bildirib.

Faktla bağlı araşdırma aparılır.