» » » Bakıda film kimi olay: Özünü 9-cu mərtəbədən atan uşaq saq...

Bakıda film kimi olay: Özünü 9-cu mərtəbədən atan uşaq saq...

Bakıda film kimi olay: Özünü 9-cu mərtəbədən atan uşaq saq...

Bakının Binəqədi rayonu ərazisində bədbəxt hadisə baş verib.

Musavat.com-un verdiyi xəbərə görə, hadisə 7-ci mikrorayon ərazisində qeydə alınıb. 7 yaşlı Həsən Amanullayev 9 mərtəbəli binanın 9-cu mərtəbəsindən yıxılıb. Ağaclara ilişərək yerə düşən uşaq sağ qalıb.
Hadisədən dərhal sonra Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilən Həsənə kəllə-beyin travması diaqnozu qoyulub. Bundan başqa onun bud, çanaq və qabırğalarında çoxsaylı sınıqlar var. Həkimlər 7 yaşlı oğlanın halında pisləşmə qeydə almasalar da, onun vəziyyətinin ağır olduğunu bildirirlər.

İlkin məlumata görə, həyətdə oynayan Həsəni anası evə gətirib. Bundan əsəbiləşən uşaq özünü 9-cu mərtəbədən atıb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.