» » » ''Qardaşımın qatili gözümün qarşısında gəzir...'' - FOTO

''Qardaşımın qatili gözümün qarşısında gəzir...'' - FOTO

''Qardaşımın qatili gözümün qarşısında gəzir...'' - FOTO

Məhkəmə qardaşımın qatilini həbsdən açıb buraxdı. Qan düşmənimiz gözümüzün qabağında gəzir. Belə haqsızlıq olar?.

Ucarliyiq.biz bildirir ki, bu fikirləri criminal.az saytına açıqlamasında qardaşı döyülərək öldürülən Elman Əmrahov bildrib. Onun sözlərinə görə, Şəki Apellyasiya Məhkəməsi onların ailəsinə qarşı haqsızlıq edib:

''1970-ci ildə anadan olmuş qardaşım Azad Əmrahovu 2014-cü il avqustun 29-da Qax rayon Qaşqaçay kəndində Aydın Babayev başını daşa vuraraq öldürüb. Şəki Ağır Cinayətlər Məhkəməsi Aydın Babayevi Cinayət Məcəlləsinin qəsdən adamöldürmə maddəsi ilə təqsirli bilərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 12 il müddətinə azadlıqdan məhrum edib.

Biz məhkəmənin qərarı ilə razı idik. Lakin Şəki Apellyasiya Məhkəməsində hakim Həşimxan Şükürov Aydının cəzasını on iki ildən üç ilə endirdi. Cinayət Məcəlləsinin 120.1-ci maddəsini 124.1-ci maddəsinə tövsif edərək cəzasını məntəqə tipli müəssisədə çəklməsi barədə qərar çıxardı. Burdan aydın görünür ki, pula maraq var. Aydın da gəlib gözümüzün qabağında gəzir. Mən buna necə dözüm?''

E.Əmrahov deyir ki, apellyasiya instansiyasının qərarından Ali Məhkəməyə müraciət elədim. Hakim Gülzar Rzayeva bu il yanvarın 26-da işə düzgün baxılması üçün yenidən Şəki Apellyasiya Məhkəməsinə qaytardı. Hakim Rövşən Rəfiyev iyulun 12-də A.Babayev barəsində 3 il müddətinə verilmiş cəzanı qüvvədə saxladı. Axı bu, nə dərəcədə düzgün olar ki, adam öldürənin cəzası 12 ildən 3 ilə endirilsin?

Criminal.az xatırladır ki, cinayət 2014-cü il avqustun 29-da axşam saatlarında rayonun Qaşqaçay kəndinin girəcəyindəki yeməkxanada baş verib. Aydın Babayevlə Azad Əmrahov birlikdə spirtli içki qəbul edərək yemək yeyiblər. Sonra isə onların arasında mübahisə yaranıb. İki həmkəndli arasında baş qaldıran mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Aydın Babayevin zərbələrinə dözə bilməyən Azad Əmrahov aldığı zərblərin gücündən hadisə yerində ölüb. Aydın Babayev isə hadisə yerindən qaçıb.

''Qardaşımın qatili gözümün qarşısında gəzir...'' - FOTO