» » » Molla polisin dərsini verdi: "Sus, məni dinlə!" - VİDEO - FOTO

Molla polisin dərsini verdi: "Sus, məni dinlə!" - VİDEO - FOTO

Molla polisin dərsini verdi: "Sus, məni dinlə!" - VİDEO - FOTO

Sən mənə yalnız müsəlman olduğuma görə, saqqallı olduğuma görə yaxınlaşdın. Müsəlman olduğum üçün mənə təzyiq göstərirsən. Mənsə səndən qorxmuram! Çəkinmirəm və Allahına tapınaraq deyirəm: "Allahu əkbər!"

İngiltərənin Birmingem şəhərinin mərkəzi küçələrindən birində qaradərili, saqqallı gənc molla vəz verirdi. Bu zaman polis zabiti ona yaxınlaşıb və vəzini dayandırmağı söyləyib, mollanın ətrafına toplaşan müsəlmanlara da dağılmağı əmr edib.
Molla sinirlənib.

Ucarliyiq.biz milli.az-a istinadən bildirir ki, qaradərili molla polislə üzbəüz duraraq ucadan deyib: "Bura demokratik ölkədir, azad dövlətdir, söz azadlığımız və vətəndaş hüquqlarımız var. Sən nə ixtiyarla mənim susmağımı tələb edə bilərsən?! Terrorçu deyiləm, "canlı bomba" deyiləm, ekstremistlik etmirəm. Allahın adını çəkirəm, insanları sülhə, anlayışa, sevgiyə çağırıram. Qurani-Kərimi anladıram.

Sən kimsən ki, Allahın adını çəkməyimə mane olasan?! Sən kimsən ki, mənə danışmamağı, susmağı, buradan getməyi əmr edirsən?! Axı sən kimsən?! Allahu əkbər! Bax, Allahın adını çəkirəm! Mən haram etməkdən qorxuramsa, Allahı sevirəmsə, sən kimsən ki, səndən qorxam?! Məni həbs etmək istəyirsən?! Bax, bu hicablı xanım şahidimdir. Tut, qandalla, vur məni! Sən irqçisən! Müsəlmanları sevmirsən, bizə nifrət edirsən! Sən televizorda deyilənlərin qurbanısan! At zibilliyə o televizoru! Bura azad ölkədir və biz ictimai yerlərdə azad danışa bilərik. Sən get cinayətkarları tut, terrorçuları zərərsizləşdir, pedofilləri ələ keçir! Allaha dua edənlərdən sənə zərər gəlməz, ay sadəlövh insan!"

Çaşqın polis nə deyəcəyini bilməyərək hadisə yerindən uzaqlaşıb. Ətrafdakı müsəlmanlar isə onu fitə basıblar.