» » » Bakıda dəhşətli yanğın

Bakıda dəhşətli yanğın

Bakıda dəhşətli yanğın

Bakı şəhərində tikinti materialları mağazasında yanğın baş verib.
Ucarliyiq.biz Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, paytaxtın Qaradağ rayonunda ticarət mərkəzinin 2-ci korpusun 13-cü sırasında fəaliyyət göstərməyən, ümumi sahəsi 40 m² olan mağazanın içərisində yığılmış taxta materialları 30 m² sahədə yanıb.
Mağaza və bitişik mağazalar yanğından mühafizə olunub. Yanğın saat 03:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.