» » » VƏHŞİLİK! Qəbiristanlıqda başdaşları sındırıldı

VƏHŞİLİK! Qəbiristanlıqda başdaşları sındırıldı

VƏHŞİLİK! Qəbiristanlıqda başdaşları sındırıldı

İmişli rayonunda kənd qəbiristanlığında qəbir daşları naməlum şəxslər tərəfindən sındırılaraq aşırdılıb.

Ucarliyiq.biz report-a istinadən bildirir ki, hadisə rayonun Qızılkənd kənd qəbiristanlığında baş verib.

Belə ki, səhər saatlarında yaxınlarının qəbirlərini ziyarətə gələn sakinlər bu xoşa gəlməz mənzərənin şahidi olublar. Sakinlər qəbiristanlıq ərazisində bəzi məzar daşlarının sındırılaraq dağıdıldığını görüblər. Kənd sakinləri 1974-cü ildən salınan qəbiristanlıqda ilk dəfə belə bir hadisə ilə qarşılaşdıqlarını bildiriblər.

Kənd qəbiristanlığı Biləsuvar ərazisinin olduğu üçün bu barədə Biləsuvar polis şöbəsinə müraciət olunub.