» » » Azərbaycanda 2 qız faciəvi şəkildə dünyasın dəyişdi

Azərbaycanda 2 qız faciəvi şəkildə dünyasın dəyişdi

Azərbaycanda 2 qız faciəvi şəkildə dünyasın dəyişdi

Sabirabadda 14, Şirvanda isə 16 yaşlı qızı elektrik vurub.

Ucarliyiq.biz EL TV-yə istinadən xəbər verir ki, hər iki şəxs dünyasını dəyişib. Şirvan şəhər sakini 2000-ci il təvəllüdlü Mədinə Ağadur qızı Kərimovanı bu gün səhər saatlarında soyuducunun elektrik cərəyanı vuraraq öldürüb.

Digər hadisə isə günorta saatlarında Sabirabad rayonunun Güdəcühür kəndində qeydə alınıb. Kənd sakini 2002-ci il təvəllüdlü Güllü İlqar qızı Baxışovanı həyətlərində su nasosundakı elektrik gərginliyi vurub. Hər iki qız Şirvan şəhər xəstəxanasına çatdırılarkən yolda dünyalarını dəyişiblər. Meyitlər Şirvan şəhəri morqunda müayinə edildikdən sonra ailələrinə təhvil verilib.

Faktla bağlı Sabirabad və Şirvan prokurorluqları tərəfindən araşdırma aparılır.