» » » Qaza basıb o dünyaya sürdü

Qaza basıb o dünyaya sürdü

Qaza basıb o dünyaya sürdü

İsmayıllıda ölümlə nəticələnən yol qəzası baş verib.

Ucarliyiq.biz Region TV-ə istinadən xəbər verir ki, hadisə rayonun Qalıncaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"VAZ 21 011"markalı avtomobilin sürücüsü 30 yaşlı Qalıncaq kənd sakini Kamran Əliyev yol nişanının tələblərinə məhəl qoymayaraq sürət həddini aşıb.

Nəticədə qəza törədib və avtomobil yol kənarındakı ağaca çırpılıb. Sürücü aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsi tərəfindən araşdırma aparılır.