» » » Rusiyanın rok-qrupu Dağlıq Qarabağda konsert verəcək

Rusiyanın rok-qrupu Dağlıq Qarabağda konsert verəcək

Rusiyanın rok-qrupu Dağlıq Qarabağda konsert verəcək

Rusiyanın "Seqodnya noçyu" ("Bu gün gecə") musiqi qrupu ermənilərin işğalı altında olan Dağlıq Qarabağda pulsuz konsert təşkil edir.

Ucarliyiq.biz virtualaz.org-a istinadən bildirir ki, bu barədə sosial şəbəkələrdə yayılmış elanda deyilir.

Məlumata əsasən, konsert avqustun 3-də "DQR" Mədəniyyət və gənclər sarayı"nda olacaq.

Maraqlıdır ki, konsert kommersiya xarakteri daşımır və giriş tamamilə pulsuzdur, bu isə ondan xəbər verir ki, musiqiçilərin Qarabağa səfəri əvvəlcədən kim tərəfindənsə maliyyələşdirilib.

Sözügedən qrup haqqında ilk məlumat 2001-ci ilə aiddir. Onun vokalçısı Nikita Kozlovdur.