» » » Bakıda 16 və 14 yaşlı bacılar dənizdə boğuldu

Bakıda 16 və 14 yaşlı bacılar dənizdə boğuldu

Bakıda 16 və 14 yaşlı bacılar dənizdə boğuldu

Bakıda iki bacı dənizdə batıb.

Ucarliyiq.biz bildirir ki, Binəqədi Rayon Polis İdarəsindən apa-ya verilən məlumata görə, hadisə ötən gün axşam saatlarında Novxanı çimərliyində qeydə alınıb. Göyçay rayon sakinləri - 2000-ci il təvəllüdlü Əliyeva Səmayə Vasif qızı və onun bacısı, 2002-ci il təvəllüdlü Aytac dənizdə çimərkən boğularaq ölüblər.

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri S.Əliyevanın meyitini taparaq çıxarıblar. Aytacın meyitinin tapılması istiqamətində axtarışlar davam etdirilir.

Qeyd edək ki, iki bacı Bakıya istirahətə gəlibmiş.