» » » FETO-nun baş kassiri ələ keçdi - FOTO

FETO-nun baş kassiri ələ keçdi - FOTO

FETO-nun baş kassiri ələ keçdi - FOTO

Türkiyədə FETÖ adı verilmiş qanunsuz qruplaşmaların maliyyə qaynaqlarının zərərsizləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Ucarliyiq.biz lent.az-a istinadən bildirir ki, təşkilatın əsas kassiri hesab edilən və bir neçə gündür, axtarışda olan Murat Kılıç İstanbulun Şəhidlər (Boğaziçi) körpüsündə yaxalanıb. Texniki təqibi davam etdirən əməliyyatçılar Murat Kılıçı, onun vəkilini və onlarla birgə olan 3 nəfəri avtomobildə yaxalayıb. Onların üzərindən 2 milyon 600 min lirə, həmçinin 15 iyul olayları zamanı kodlaşdırılmış informasiya daşıyıcısı olan xeyli sayda 1 dollarlıq əskinaslar götürülüb. Maraqlıdır ki, 1 dollarlıqların üstündə Murad Kılıçın öz fotoları olub.

Qeyd edək ki, Murad Kılıçın da evi daxil olmaqla bir neçə ünvanda həyata keçirilmiş əməliyyatlar zamanı 1 milyon lirə nağd pul və 50 milyon lirəlik qəbzlər götürülmüşdü.

Araşdırmalar zamanı M.Kılıçın pul transferini başqa adamların adıyla həyata keçirdiyi də üzə çıxıb.

FETO-nun baş kassiri ələ keçdi - FOTO