» » » ŞOK! Həkim təzə əməliyyatdan çıxmış xəstəni döydü - VİDEO

ŞOK! Həkim təzə əməliyyatdan çıxmış xəstəni döydü - VİDEO

ŞOK! Həkim təzə əməliyyatdan çıxmış xəstəni döydü - VİDEO

Rusiyada həkim əməliyyatdan təzə çıxmış xəstəni döyüb. Ucarliyiq.biz məlumat verir ki, bununla bağlı görüntülər "Youtube" da yerləşdirilib. Görüntülərdən bəlli olur ki, hadisə Permda Ürək-damar Cərrahiyyəsi xəstəxanasında baş verib. Belə ki, həkim reanimasiya şöbəsində narkozdan təzə ayılmış xəstəni döyür.

Görüntülərin yayılmasından sonra polis araşdırmalara başlayıb və həkimi saxlayıb. Məlum ki, həkim ürəyindən əməliyyat olunan xəstəni əvvəl baş nahiyəsindən daha sonra ürəyindən zərbə vurub.

Həkim günahını etiraf edib: "36 saat növbədə olmuşam və əsəblərimi cilovlaya bilmədim".

Xəstəxanın baş həkimi Serqey Suxanov həkimin vəzifəsində kənarlaşdırıldığını bildirib. Hazırda faktla bağlı araşdırmalar aparılır.

Aysel Əliyeva

ŞOK! Həkim təzə əməliyyatdan çıxmış xəstəni döydü - VİDEO