» » » Cinsi əlaqəyə girdiyi qızlara əvvəlcə çılpaq namaz qıldırır

Cinsi əlaqəyə girdiyi qızlara əvvəlcə çılpaq namaz qıldırır

Cinsi əlaqəyə girdiyi qızlara əvvəlcə çılpaq namaz qıldırır

Harun Yəhyanı Azərbaycana gətirmək istəyirlər.

Ucarliyiq.biz xəbər verir ki, Türkiyə mediasında çılpaq qızlarla İslama zidd hərəkətlər edən Harun Yəhya haqqında hamımız məlumatlıyıq. Bildiyimiz kimi son günlər Harun Yəhyanın azərbaycanlı qızları haqqında da mediada xəbərlər gedirdi. Artıq iş o həddə çatıb ki, Harun Yəhyanın çirkin fikirlərini Azərbaycana da gətirmək istəyirlər. Bu səbəbdən medianın və dövlət qurumlarının aidiyyatlı orqanlarının bu məsələdə son dərəcə diqqətli və həssas olmaları lazımdır. Əslində onun ideyaları da paralel dövlət ideyalardan heç də fərqli deyil və üstəlik daha təhlükəlidir. Ona görə də bu məsələdə müsəlman xalqımızı ehtiyatlı olmağa dəvət edirəm.

Harun Yəhyanı Azərbaycana gətirmək istəyənlər kimlərdir və onların burada hansı maraqları var? Bunlar sorğulanmalıdır. Axı Harun Yəhya qruplaşmasına cəlb edilən qızlara cinsi təcavüz barədə dəfələrlə mediadan oxuyurduq. Xüsusilə hamıya məlumdur ki, Harun Yəhya xüsusi gözəl bədənə və görünüşə sahib olan qızları özünə cəlb edir. Onları cinsi istismar edərək daha sonra baha qiymətə satır. Məhz belə bir şəxsin Azərbaycana gəlməsinə, onun tərəfdarlarının çoxalmasına necə rəvac vermək olar? Bunlar idarə edənlər kimlərdir və məqsədləri nədir? Bu barədə ciddi ölçü götürmək vacibdir. Aidiyyatı qurumlar bu məsələdə təcili olaraq fəaliyyətə başlamalıdırlar.

Cinsi əlaqəyə girdiyi qızlara əvvəlcə çılpaq namaz qıldırır

Harun Yəhya cinsi əlaqəyə girdiyi qızlara əvvəlcə çılpaq namaz qıldırır. Bunu etiraf edən həmin qızlardan biridir və bu məsələ Türkiyə mediasında xəbər olaraq gedib. Belə ki, Türkiyənin "Habertürk" ("Xəbərtürk") qəzeti yazır ki, "Elmi araşdırma vəqfi" adı altında fəaliyyət göstərən, Adnan Hoca ləqəbli Adnan Oktar və adamlarının şəbəkəsinə düşərək illərcə yanlarında qalan bir gənc qızın "gizli şahid" olaraq verdiyi ifadə, Harun Yəhya camaatının iç üzünü ortaya çıxarıb. Seks obyektinə çevrilən gənc qızın, hazırlanan iddianamədəki ifadəsi tükləri ürpətdir. Cinayət törətmək üçün təşkilat qurmaq və idarə etməyə görə əvvəllər mühakimə olunan və 3 il həbsə məhkum edilən Adnan Oktar haqqında, İstanbul Üsküdar Respublika Prokurorluğu yenə eyni cinayətə yeni bir ittihamnamə hazırladı. Adnan Oktar ilə əlaqədar istintaq, 2006-ci ilin oktyabr ayında polisə gələn bir şikayət telefonu ilə başladı.

İttihamnamədə, Elmi Araşdırma Vəqfinin fəxri sədri Adnan Hoca olaraq tanınan Adnan Oktarın, "Cinayət törətmək üçün təşkilat qurmaq və idarə etmək" cinayətlərindən 2 ildən 6 ilə qədər həbsi istənildi. İttihamnamədə şikayətçi olaraq Lütfiyə Səmin Babuna, Türkan Akyüzalp, Fatimə Əməl Tezyapar, Firdes İşıldar, Ünal Uyguç yer alarkən, Mihrinaz Tuba Babuna, Ebru Altan Akyüzalp, Ece Qoç Uyguçmağdur olaraq göstərildi. İttihamnamədə şikayətçilərin ifadələrinə yer verilərkən, Adnan Oktar başçılığındakı cinayət təşkilatının gənc qızlarını ailələrindən aldığını, təhsillərini yarımçıq qoymalarına səbəb olduğunu bildirdi. Oktar ilə təşkilata üzv olmaqla günahlandırılan 28 şübhəlinin mühakimə olunması istənilən ittihamnamədəki 3 nömrəli gizli şahidin ifadəsi isə qorxuncdur. O dövrdə 16 yaşında olan gizli şahid, yaşadıqlarını belə izah edir: "16 yaşımdaykən biriylə tanış oldum. Sonradan Adnan Hocacılardan olduğunu öyrəndim. Dini söhbətlər də edərək, namaz qılmağım lazım olduğunu, ancaq bu namazın hər kəs tərəfindən bilindiyi şəkildə deyil, gündə iki dəfə, səhər və axşam iki rükət, hər rükətdə bir neçə söz istifadə etməklə qılacağımı söylədi. Hətta çılpaq (lüm-lüt) da namaz qıla biləcəyimi söylədi".

42 kişi ilə əlaqə

Qısa bir müddətdən sonra kişi dostunun onu bu qrupun üzvlərinin qaldığı evlərə aparmağa başladığını, ancaq şəxsiyyətinin ortaya çıxmasını önləmək məqsədiylə adını deməyəcəyini izah edən gizli şahid, bu məlumatları verdi: "Onun təlqinləri nəticəsində qrupdakı qardaşlarla cinsi baxımdan birlikdə olduğum təqdirdə Allah qatında böyük bir savab işləyəcəyimizə inandım. Bu dövrdə qrup üzvü olan 42 adamla oral və anal yollardan cinsi əlaqəyə girdim. Cinsi xəstəliklərə tutuldum, müalicə aldım. Qrupun içərisində, cariyə olaraq xarakterizə edilən qızların evinə gedib gəlməyə başladım. Abi deyə bildiyimiz Adnan Hocanın yazdığı kitabları davamlı oxudum. Qardaşlar olaraq bildiyimiz qrup üzvlərinin evlərində cinsi əlaqəyə girdik. 7 qız da kişilərlə davamlı əlaqəyə girirdi. Hətta əlaqəyə girdiyimizdə başqa kişilər otaqlara rahatca girib çıxırdı".
Digər "gizli şahid" ifadələri...

2 nömrəli gizli şahid: "Adnan Hoca qrupunda olan kəslər tərəfindən anal və oral seks edilirdi. Adnan Oktarın haqqında açılan iddialara axmaq sənədlər göndərərək iddialar müddəti uzadılırdı. Sənaye cəsusluğu edilirdi".

4 nömrəli gizli şahid (qadın): "Qrupda vaginal əlaqə haram, anal ya da oral əlaqə sərbəst, camaatın üzvlərinə qardaşlar deyilirdi. Bu kəslərlə də əlaqəyə girməyə başladım. Adnan Oktardan çox təsirlənərək camaata girdim. Din pərdəsi adı altında cinsi, maddi və mənəvi olaraq istismar edən, psixologiyanın və bədən sağlamlığının pozulmasına səbəb olan Oktardan şikayətçiyəm".
5 nömrəli gizli şahid (qadın): "Qrupda anal və oral istiqamətli əlaqə var. Əlaqəyə girmək istəmədiyim üçün məni Adnan Oktarın yanına apardılar. Adnan Oktar dediklərinin Allahın sözləri olduğunu, dediklərini etməyimi və etdikdə də çox savab qazanacağımı təlqin etdi. Qrup içərisində məni qeyri əxlaqi əlaqələrə məruz buraxan, əllərində şəkilləri və görünüşləri olduğunu bəyan edərək təhdid və şantajla qrupda tutmağa çalışan və mehdi olduğunu iddia edən Adnan Oktardan şikayətçiyəm".
Bütün bu şahidlərin dediklərinin Türkiyə mətbuatında getməsi və Türkiyə xalqının yalançı mehdi olan Harun Yəhyadan uzaq qalmasının mediada xəbər olaraq verilməsi, onları çəkindirdiyi halda necə ola bilər ki, yalançı mehdinin bizim ölkəmizə daxil olmasına, qız-gəlinlərimizi aldadıb özünə cəlb etməsinə icazə verməliyik?!.
Buna bir müsəlman və azərbaycanlı kimi qarşı olmalıyıq və onun təbliğatının ölkəmizdə getməsinə heç bir halda yol verməməliyik. (news.day.az)