» » » Azərbaycanlının Rusiyada unikal oğurluq planı

Azərbaycanlının Rusiyada unikal oğurluq planı

Azərbaycanlının Rusiyada unikal oğurluq planı

Moskva polisi evakuatorla "Mercedes" markalı avtomobili oğurlamağa çalışan azərbaycanlını həbs edib.

Ucarliyiq.biz qafqazinfo-ya istinadən bildirir ki, bu barədə "Moskva" agentliyinə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, Çeçenistan vətəndaşı polisə müraciət edərək bildirib ki, naməlum şəxs onun Sivaşskaya küçəsində park edilmiş 1 milyon rublluq "Mercedes"ini oğurlamaq istəyib.

Həmin gün polis əməkdaşları hadisənin baş verdiyi ərazidə 37 yaşlı Azərbaycan vətəndaşını tutublar. Onun işsiz olduğu müəyyənləşib.

"Kişi evakuator sürücüsünü Sivaşskaya küçəsinə çağıraraq onu inandırmağa çalışıb ki, maşınını oğurlayıb burada saxlayıblar və avtomobili buradan gizli şəkildə çıxarmaq istəyir. O, bununla da özünü ifşa edib", - deyə mənbə qeyd edib.

Faktla bağlı artıq cinayət işi açılıb, şübhəli şəxs saxlanılıb.