» » » Fəhlə mərcə girdi - Qəbul imtahanında 532 bal topladı - Sumqayıtda

Fəhlə mərcə girdi - Qəbul imtahanında 532 bal topladı - Sumqayıtda

Fəhlə mərcə girdi - Qəbul imtahanında 532 bal topladı - Sumqayıtda

Sumqayıtda maraqlı hadisə baş verib.

Ucarliyiq.biz-ın xeberle.com-a istinadən məlumatına görə Qəhrəmanov İbrahim adlı gənc qəbul imtahanları ərəfəsində dostu ilə 100 manatdan mərcə girib. Mərcin şərtlərinə görə İbrahim qəbul imtahanlarında keçid balını yığmalı – minimum nəticəni göstərməli imiş.

Amma imtahanların nəticələri açıqlandıqdan sonra məlum olub ki, abituriyent 3-cü qrup üzrə daha artıq - 532 bal toplayıb. Hadisənin ən maraqlı tərəfi budur ki, İbrahim hazırda "Sədərək" bazarında fəhlə işləyir.

Bu gənc 10 il bundan öncə 554 balla Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinə daxil olub. 4 il həmin ixtisas üzrə müvəffəqiyyətlə təhsil aldıqdan sonra bankda çalışıb. Amma maddi sıxıntıları, kredit borcu olduğu üçün işdən uzaqlaşdırılıb. Acınacaqlı vəziyyətə düşən İbrahim bir müddət işsiz qalıb. Amma sonradan fəhlə işləmək qərarına gəlib. O, əslən Qubadlı rayonundandır, 1993-cü ildən Sumqayıtda yararsız şəraitdə olan köhnə mehmanxanada məskunlaşıb. İbrahimin sözlərinə görə, gələn imtahanlarda daha böyük məbləğdən mərcə girərək maksimum – 700 bal toplamaq niyyətindədir.