» » » "AST Telman"dan XƏBƏR VAR

"AST Telman"dan XƏBƏR VAR

"AST Telman"dan XƏBƏR VAR

Moskva vilayətinin Arbitraj Məhkəməsi VTB qrupuna daxil olan "Bank Moskva"nın AST şirkətlər qrupunun təsisçisi, biznesmen Telman İsmayılovun müflis olması barədə bəyanatının nə dərəcədə əsaslı olub-olmamasının müəyyənləşdirilməsi üzrə məhkəmə iclasında avqustun 11-dək fasilə elan edib.

Ucarliyiq.biz bu barədə report-a istinadən xəbər verir.

Qeyd edək ki, Moskva Arbitraj Məhkəməsi 2015-ci ilin dekabr ayında vətəndaş Boris Zubkovun tələbi ilə T.İsmayılovun müflis elan olunması barədə hökm çıxarmışdı. Amma bu ilin mart ayında Apellyasiya Məhkəməsi T.İsmayılovun ən böyük kreditoru olduğu "Bank Moskva"nın (VTB qrupuna daxildir) şikayəti əsasında bu hökmü ləğv edib.

Kredit təşkilatının tələblərinin əsassız olduğu təsdiqlənərsə, T.İsmayılovun müflis olması barədə müraciətinə sentyabrın 8-də baxılacaq.