» » » Cəlilabadda evdən qeyri-adi oğurluq olub

Cəlilabadda evdən qeyri-adi oğurluq olub

Cəlilabadda evdən qeyri-adi oğurluq olub

Cəlilabad rayonunda oğurluq hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə gecə saatlarında rayonun Göytəpə şəhəri, Vüqar Mürsəlov küçəsinin sakini Ələsgər Hüseynova məxsus ikimərtəbəli fərdi yaşayış evində qeydə alınıb. Naməlum şəxs və ya şəxslər evin həyətindəki nərdivanı ikinci mərtəbənin pəncərəsinə söykəyərək, oradan otağa daxil olublar. Onlar evdə olan sandığı sökərək içindəki 9 min ABŞ dollarını və 13 min manatı götürüb özləri ilə aparıblar.

Məlumata görə, oğurluq baş verən zaman ev sahibinin oğlu Anar Hüseynov otaqda yatıbmış.

Ailə üzvləri oğurluğun planlı şəkildə həyata keçirildiyini, qabaqcadan onlara yuxu dərmanı verildiyini və ya mənzilə qaz buraxıldığını deyiblər.

O da bildirilib ki, oğrular sandıqdakı 6-7 min manat dəyərində olan qızıl-zinət əşyalarına toxunmayıblar.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsinin Göytəpə Polis Bölməsi məlumatlandırılıb. Polis əməkdaşları hadisə yerinə gələrək, istintaq üçün zəruri barmaq izlərini götürüblər.

Hazırda oğruların yaxalanması istiqamətində müvafiq əməliyyat-axtarış tədbirləri görülür.