» » » Fatmayı kəndində yanğın olub

Fatmayı kəndində yanğın olub

Fatmayı kəndində yanğın olub

Abşeron rayonunda yanğın hadisəsi baş verib.

FHN-nin saytının verdiyi məlumata görə, hadisə Fatmayı kəndində qeydə alınıb. Vətəndaşa məxsus ümumi sahəsi 140 kvadratmetr olan kürsülü, birmərtəbəli 6 otaqlı evin 3 otağının yanar konstruksiyaları və əşyaları 70 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.