» » » Azərbaycanlılar aclıq aksiyası keçirdi

Azərbaycanlılar aclıq aksiyası keçirdi

Azərbaycanlılar aclıq aksiyası keçirdi

Rusiyanın Artyom şəhərində müvəqqəti saxlanma mərkəzində saxlanılan xarici vətəndaşlar deportasiya olunmalarının gecikdirildiyinə görə aclıq aksiyası keçiriblər.

Bunu İctimai Nəzarət Komissiyasının sədr müavini Aleksandr Smışlyayev deyib. Onun sözlərinə görə, 20 nəfərin iştirak etdiyi aksiya Komissiya əməkdaşlarının ora baş çəkməsindən sonra dayandırılıb: "Burada mart ayından deportasiya olunmalarını gözləyən insanlar var. Son 3 ayda mərkəzdə olanlardan heç kim öz ölkəsinə göndərilməyib".

Eyni zamanda müvəqqəti saxlanma mərkəzində saxlanılanlar mövcud şəraitdən narazılıqlarını bildiriblər: "Mərkəzdə matraslar, dərmanlar çatışmır. İşçilərin sayının az olmasına görə gündəlik gəzintiyə çıxa bilmirlər",-deyə Aleksandr Smışlyayev bildirib.

O, qeyd edib ki, mərkəz 65 nəfərlik olsa da, orada 107 nəfər saxlanılır: "Onların dördü qadındır. Saxlanılan xarici ölkə vətəndaşlarının əksəriyyəti özbəkistanlıdır. Orada həmçinin Ukrayna, Tacikistan, Qırğızıstan, Qazaxıstan, Azərbaycan və Koreya vətəndaşları var".(azvision.az)