» » » Deputat: Bunun hamısı şər, böhtan və iftiradır

Deputat: Bunun hamısı şər, böhtan və iftiradır

Deputat: Bunun hamısı şər, böhtan və iftiradır

Deputat Rüfət Quliyev ona "sələmçi" deyənləri məhkəməyə verdi

"Mənim haqqımda səsləndirilən fikirlərin hamısı şər, böhtan və iftiradır. Onların hamısı əsassız fikirlərdir. Mənə şər və böhtan atanlar məhkəmə qarşısında cavab verəcəklər".
Bu barədə deputat Rüfət Quliyev deyib.
O haqqında mediada yazılan sələm, faiz qalmaqalı haqqında danışarkən deyib ki, sentyabr ayında məhkəmə olacaq:
"Artıq bu işlə hüquqşünasım da məşğul olmağa başlayıb. Sentyabrda məhkəmə olacaq. Günahkarla mütləq öz cəzalarını alacaqlar".

Bəzi KİV-lərin dərc etdiyi yazılarda R.Quliyevin sələmə pul verdiyini iddia olunub. Bu iddia ilə 2015-ci ilin martında dünyasını dəyişmiş lənkəranlı Namiq Səfərovun ailəsi çıxış edib.(modern.az)