» » » Sabirabadda məscid yandı – VİDEO

Sabirabadda məscid yandı – VİDEO

Sabirabadda məscid yandı – VİDEO

Ümumi sahəsi 200 kvadratmetr olan məscidin dam örtüyü anidən alovlanmağa başlayıb.
Ucarliyiq.biz region TV-yə istinadən xəbər verir ki, bu barədə dərhal Fövqəladə Hallar Nazirliyinin Sabirabad yanğından mühafizə hissəsinə məlumat verilib. Hadisə yerinə yağınsöndürən maşınlar və canlı qüvvə cəlb olunub.

Alovun əhatə dairəsi genişləndiyindən Şirvan yanğından mühafizə hissəsindən də əlavə kömək göndərilib. Yanğını söndürmək mümkün olub. Lakin buna baxmayaraq məscidin 110 kvadratmetr sahəsi içindəki əşyalarla birlikdə yanaraq yararsız hala düşüb.

İlkin məlumata görə, yanğına səbəb elektrik xəttində baş vermiş qısaqapanma olub. Faktla bağlı araşdırma aparılır.