» » » 61 nəfəri gün vurub

61 nəfəri gün vurub

61 nəfəri gün vurub

Bakıda təcili tibbi yardıma günvurma şikayəti ilə 61 müraciət daxil olub

İyun ayından bu günə kimi Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma ilə bağlı 61 nəfər müraciət edib.

Stansiyanın baş həkimi Rauf Nağıyev APA-ya bildirib ki, günvurma diaqnozu ilə müraciət edənlərdən 21 nəfəri xəstəxanaya yerləşdirilib. Baş həkim qeyd edib ki, günvurma ilə bağlı ölüm faktı qeydə alınmayıb.