» » » Quba yolunda yanğın

Quba yolunda yanğın

Quba yolunda yanğın

Bakı-Quba yolunun 127-ci killometrliyində, Şabran rayonu ərazisində "İVECO" markalı yük avtomobilində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti xəbər verir ki, avtomobilin yanar hissələri və banına yığılmış mebel dəstləri yanıb.

Yük avtomobilinin qoşqusu yanğından mühafizə olunub. Yanğın saat 05:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.