» » » Telefon adapterindən tiryək çıxdı

Telefon adapterindən tiryək çıxdı

Telefon adapterindən tiryək çıxdı

Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin gömrük hüqüqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb. Bu barədə DGK-nın mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, həmin şəxsdən əl yükündə və üzərində qadağan olunan predmetlərin olub-olmadığı soruşulub. Bu zaman vətəndaşın gömrük nəzarətinə təqdim etdiyi sellofan torbada 5 ədəd "Mydrax" adlı göz dərmanının yanındakı 1 ədəd mobil telefon adapteri diqqəti cəlb edib. Həmin adapterə baxış zamanı adapterin içərisindən, adapterin mikrosxeminə yapışdırılmış vəziyyətdə olan bir bükümdə, xalis çəkisi 3,43 qram təşkil edən narkotik vasitə - tiryək aşkar olunub.
Daha sonra vətəndaşın üzərində şəxsi yoxlama aparılıb və onun şalvarının cibindən 2 ədəd, corabından da 2 ədəd olmaqla, ümumilikdə 4 ədəd gömrük nəzarətinə təqdim edilməyən "Mydrax" adlı dərman preparatı aşkar edilib.
Onu da bildirək ki, "Tropikamid" ("Mydrax") preparatı Azərbaycan 18 mart 2016-cı ildən "Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı"na daxildir.
Faktla bağlı araşdırma aparılır.(report)