» » » Türkiyədə toy yasa döndü,30 nəfər ölüb, 94 nəfər yaralanıb

Türkiyədə toy yasa döndü,30 nəfər ölüb, 94 nəfər yaralanıb

Türkiyədə toy yasa döndü,30 nəfər ölüb, 94 nəfər yaralanıb

Türkiyənin Qazıantep şəhərində toy şənliyi zamanı törədilən partlayış nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.
"Assoşieyted Press"in verdiyi xəbərə görə, bu barədə Qazıantep valisi Əli Yerlikaya bildirib. O hadisəni terror aktı adlandırıb.

Məlumata görə, partlayış nəticəsində daha 94 nəfər yaralanıb.

Baş nazirin müavini Mehmet Şimşək NTV telekanalına açıqlamasında partlayışın terrorçu qadın-kamikadze tərəfindən törədildiyini bildirib.

Partlayışa görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Partlayışın İŞİD terror qruplaşmasının üzvü tərəfindən törədildiyi ehtimal olunur.