» » » Pul üstündə anasını zorladı, oğlunu öldürdü

Pul üstündə anasını zorladı, oğlunu öldürdü

Pul üstündə anasını zorladı, oğlunu öldürdü

Cənubi Afrika Respublikasında 6 yaşlı oğlan anasını təcavüzdən həyatı bahasına qurtarıb.

The İndependent-in verdiyi məlumata görə,Şimali Keyp bölgəsinin sakini Seqomoso Qarskeyp oğulllarını - 8 yaşlı Tabisonu və 6 yaşlı Kutlvanonu məktəbə apırırdı. Ailə məktəbə çatanda onlara bir kişi yaxınlaşıb və qadından pul tələb etməyə başlayıb. Rədd cavabı alanda cinayətkar Seqomosonu yerə yıxaraq zorlamağa çalışıb. Kutlvano qışqırmağa, ağlamağa, cinayətkarı təpiklə vurmağa başlayıb.

Kişi qadını buraxaraq Kutlvanonu döyməyə başlayıb. Seqomoso böyük oğlu ilə yola qaçaraq ötən maşınların sürücülərindən yardım istəyib, amma kimsə maşınını saxlamayıb. Hadisə yerinə qayıdanda o, cinayətkarın oğlunu boğduğunu, sonra da sınmış butulkanın qırığı ilə Kutlvanonun boğazını kəsdiyini görüb.

32 yaşlı cinayətkar tutulub. Şimali Keyp sakinləri məhkəmə qarşısına toplaşaraq qatilə ən ağır cəzanın verilməsini tələb edirlər.(milli.az)