» » » Qaçırılan 17 yaşlı nişanlı qız tapılıb-VİDEO

Qaçırılan 17 yaşlı nişanlı qız tapılıb-VİDEO

Qaçırılan 17 yaşlı nişanlı qız tapılıb-VİDEO

Cəlilabad rayonu Boyaxanlı kəndində 3 gün əvvəl qaçırılan 17 yaşlı Sahibə Dadaşova tapılıb.

Məlum olub ki, nişanlı qız bir neçə gün öncə həmkəndlisi Zaur Musayev ilə öz istəyi ilə qoşularaq qaçıb. Onlar 2 gün Bakı şəhərində qalıblar.

Oğlanın atası Gülbala Musayev deyir ki, burada hər hansı bir zorakılıq olmayıb. Sahibə Dadaşova hətta evdən çıxarkən paltarlarını və şəxsiyyətini təsdiq edən sənədini də götürüb.

Qızın valideynləri isə övladlarının aldadıldığını iddia edirlər və geri qayıtmasını istəyirlər.

Bildirilir ki, S.Dadaşovanı qaçıran Zaur Musayevin artıq dörd dəfə evli olub.

Qeyd edək ki, Sahibə Dadaşovanın 17 yaşı var. O, bu il 11 ci sinfə gedəcəkdir.

Faktla bağlı Cəlilabad rayon polis şöbəsində araşdırma aparılır. Araşdırmaların sonunda hadisəyə hüquqi qiymət veriləcək. (oxu.az)