» » » Qəbələdə yanğın olub

Qəbələdə yanğın olub

Qəbələdə yanğın olub

Qəbələnin Cığatelli kəndində vətəndaşa məxsus ümumi sahəsi 136 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 40 kv.m sahədə və çardağına yığılmış 150 kq ot bağlaması yanıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında verilən xəbərə görə, tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 15:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.