» » » Ermənilər sərhəd kəndlərdə yanğın törədib

Ermənilər sərhəd kəndlərdə yanğın törədib

Ermənilər sərhəd kəndlərdə yanğın törədib

Ermənistan silahlılarının cəbhəyanı kəndlərdə təxribatları davam edir.
İsti və küləkli havadan istifadə edən ermənilər Tovuzun sərhəd kəndlərində otlaqlara od vurublar. Ötən axşam Tovuzun Əlibəyli kəndinin dağlıq hissəsində törədilən yanğın nəticəsində xeyli ərazi yanıb. Sakinlər mal-qara otlaqlarını məhv edən düşmən ordusunun daha çox evlərə ziyan yetirməyə çalışdığını deyirlər. Yanğın zamanı partlayış səsləri də eşidilib. Kənd sakinlərinin sözlərinə görə, ərazidə bir neçə mina partlayıb. Yanğın nəticəsində otlaq sahələri məhv olur, eyni zamanda çöldə yaşayan vəhşi heyvanlar kəndlərə hücum edir. Sakinlər çöl heyvanlarının kənddə mal-qara, toyuq-cücəyə ziyan vurğunu deyirlər.(apa.az)