» » » İki gündə 22 min sürücü cərimə olunub

İki gündə 22 min sürücü cərimə olunub

İki gündə 22 min sürücü cərimə olunub

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi avqustun 23-24 tarixlərində ölkə üzrə keçirilən reydlərin nəticələrinə dair məlumat yayıb.

İdarədən Ucarliyiq.biz-a bildirilib ki, yol hərəkəti qaydalarının pozulması, nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə edilməsi hallarının qarşısının alınması istiqamətində Baş Dövlət Yol Polisi İdarəsinin reydləri davam edir. Respublika ərazisində keçirilən reydlər zamanı son 2 gündə 22 mindən çox yol hərəkəti qayda pozuntusu, o cümlədən nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən 150-dən çox sürücü aşkarlanıb.

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən təkcə Göygöl rayonu ərazisində 2 gündə nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən 38 sürücü aşkarlanaraq inzibati məsuliyyətə cəlb olunub.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edilməsi hallarının faciəvi sonluqla nəticələnməsini bir daha sürücülərin diqqətinə çatdıraraq, yol hərəkəti qaydalarına ciddi əməl etmələrini onlardan tələb edir.