» » » Bu il 28 uşaq intihar edib

Bu il 28 uşaq intihar edib

Bu il 28 uşaq intihar edib

"İntihar edən qadın və uşaqların sayı açıqlanıb".

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsi məlumat yayıb.

2016-cı ilin 6 ayı ərzində Azərbaycanda 110 qadın, 28 uşaq intihar edib.

Bildirilib ki, 2016-cı ilin I yarım ili üzrə respublika ərazisində baş vermiş yol-nəqliyyat hadisələri nəticəsində isə 72 qadın və 19 uşaq ölüb.

Qeyd olunub ki, 2016-cı ilin 6 ayında qadınlara qarşı törədilmiş cinayətlərin 2563-ü açılıb, 482-i bağlı qalıb. (APA)