» » » ABŞ-a məxsus olduğu ehtimal edilən pilotsuz uçuş aparatı Türkiyə ərazisinə düşüb

ABŞ-a məxsus olduğu ehtimal edilən pilotsuz uçuş aparatı Türkiyə ərazisinə düşüb

ABŞ-a məxsus olduğu ehtimal edilən pilotsuz uçuş aparatı Türkiyə ərazisinə düşüb

Türkiyənin Qaziantep rayonunun Şehitkamil qəsəbəsindəki boş sahəyə "RQ-7 Shadow" pilotsuz uçuş aparatı düşüb.

Ucarliyiq.biz "Milliyət"ə istinadən verdiyi xəbərə görə, pilotsuz uçuş aparatının düşdüyü ərazi təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq hərbçilər tərəfindən mühasirəyə alınıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Kəşfiyyat məqsədi ilə istifadə edilən "RQ-7 Shadow" pilotsuz uçuş aparatının ABŞ-a məxsus olduğu ehtimal edilir.