» » » Avtomobil oğruları tutulub

Avtomobil oğruları tutulub

Avtomobil oğruları tutulub

"Paytaxt sakini Elvin Məmmədov, Quba rayon sakini Bəxtiyar Hüseynov və qardaşı Kazım tutulublar".

Ucarliyiq.biz-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 9-da və 11-də Bakı şəhər sakinləri Mehman Qasımova və Fərid Vəkilzadəyə məxsus avtomobillərdən səsgücləndirici və kompyuter aksesuarları oğurlamaqda, habelə Osman İsmayılova məxsus "VAZ-2104" markalı avtomobili qaçırmaqda şübhəli bilinənlər, əvvəllər məhkum olunublar.

Paytaxt sakini Elvin Məmmədov, Quba rayon sakini Bəxtiyar Hüseynov və qardaşı Kazım həbs olunublar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların avqustun 22-dən 25-dək olan müddətdə daha bir avtomobildən səsgücləndirici və təmir-tikinti alətləri oğurlamaları, iki avtomobildən oğurluğa cəhd göstərmələri, habelə Hikmət Cavadova məxsus "VAZ-2106" markalı avtomobili qaçırmaları da müəyyən edilib.